Şokolad şirkəti Ferrero-nun təsisçisi Mikele Ferrero-nun arvadı Mariya Franka Ferrero 87 yaşında İtaliyanın Piyemont bölgəsindəki Alba şəhərindəki evində vəfat edib.
Elchi.az xəbər verir ki, bu barədə “ANSA” agentliyi məlumat yayıb.
Hazırda şirkət onların oğlu Covani Ferrero tərəfindən idarə olunur. Mariya Franka Ferrero şirkətdə ömürlük şərəfli prezident vəzifəsini daşıyırdı. Karyerasına gələcək həyat yoldaşının şirkətində tərcüməçi kimi başlayıb. Zamanla Ferrero, Nutella şokolad-fındıq pastası, “Kinder-surpriz” yumurtaları və digər konfet məhsulları ilə tanınaraq beynəlxalq korporasiyaya çevrilib. Ferrero-nun 36 istehsal müəssisəsi var və 170-dən çox ölkədə təmsil olunur. Ferrero ailəsi İtaliyadakı ən zəngin ailələrdən biridir.
Mikele Ferrero 2015-ci ildə vəfat edib.
Mariya Franka Ferrero mətbuatdan uzaq durmuş və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmuşdur. O, Forbes-in ən varlı qadınlar siyahısına daxil idi. 2024-cü ildə ona İtaliya Respublikasına xidmətlərinə görə Böyük Xaç ordeni verilib.
Məryəm